PANORAMA
XƏBƏR PORTALI
CANLI
SON DƏQİQƏ
Mədəniyyətlərarası dialoqun regional sülh və təhlükəsizlikdə rolu.•Azərbaycan Sivilizasiyalararası dialoq körpüsü•Milli birliyin möhkəmləndirilməsi informasiya mühitində sağlam düşüncədən başlayır•Milli birliyin möhkəmləndirilməsi informasiya mühitində sağlam düşüncədən başlayır•Noyabr ayında Azərbaycanda hava necə olacaq? – Rəsmi PROQNOZ•Milli birliyin möhkəmləndirilməsi informasiya mühitində sağlam düşüncədən başlayır•Bakı Forumu beynəlxalq əməkdaşlığın və sülh naminə dialoqun inkişafına töhfə verir•Multikultural dəyərlər Azərbaycanın beynəlxalq dialoq təşəbbüslərinin əsasını təşkil edir•Mədəniyyətlərarası dialoq – ortaq gələcəyin və qarşılıqlı anlaşmanın əsası•Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı: Ortaq gələcək naminə dialoq•Dialoq yalnız söz deyil, ortaq gələcəyə məsuliyyətdir•YAP Nərimanov Rayon Təşkilatının nümayəndələri 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər•Mədəniyyətlərarası dialoqun regional sülh və təhlükəsizlikdə rolu.•Azərbaycan Sivilizasiyalararası dialoq körpüsü•Milli birliyin möhkəmləndirilməsi informasiya mühitində sağlam düşüncədən başlayır•Milli birliyin möhkəmləndirilməsi informasiya mühitində sağlam düşüncədən başlayır•Noyabr ayında Azərbaycanda hava necə olacaq? – Rəsmi PROQNOZ•Milli birliyin möhkəmləndirilməsi informasiya mühitində sağlam düşüncədən başlayır•Bakı Forumu beynəlxalq əməkdaşlığın və sülh naminə dialoqun inkişafına töhfə verir•Multikultural dəyərlər Azərbaycanın beynəlxalq dialoq təşəbbüslərinin əsasını təşkil edir•Mədəniyyətlərarası dialoq – ortaq gələcəyin və qarşılıqlı anlaşmanın əsası•Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı: Ortaq gələcək naminə dialoq•Dialoq yalnız söz deyil, ortaq gələcəyə məsuliyyətdir•YAP Nərimanov Rayon Təşkilatının nümayəndələri 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər•
Cəmiyyət

Mədəniyyətlərarası dialoqun regional sülh və təhlükəsizlikdə rolu.

📅02.11.2026
🕐11:23
👁1 baxış
Mədəniyyətlərarası dialoqun regional sülh və təhlükəsizlikdə rolu.
Qabil Yusifov Azərbaycan İdman Akademiyasının müəllimi, YAP Nərimanov rayon təşkilatı üzrə ƏPT-nin sədr müavini   2026-cı il oktyabrın 27-də Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimi keçirilib. Dünyanın 100-dən çox ölkəsindən 2000-dən artıq iştirakçı və 500-dən çox rəsmi qonağın qatıldığı bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev geniş proqram xarakterli nitq söyləyib. Dövlət başçısı öz çıxışında ölkəmizin daxili həmrəylik modelini, müstəqillik illərində qazanılan tarixi nailiyyətləri və xarici siyasətin prioritetlərini dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Prezident cənab İlham Əliyev Azərbaycanın tarixən Asiya ilə Avropa arasında coğrafi və mədəni körpü rolunu oynadığını, ölkədəki sabitliyin və uğurlu inkişafın təməlində multikulturalizm prinsiplərinin dayandığını vurğulayıb. Azərbaycandakı bütün etnik və dini qrupların vahid azərbaycançılıq ideyası ətrafında bir ailə kimi yaşadıqlarını qeyd edən dövlət başçısı, bu milli birliyin 30 illik işğala son qoyan Vətən müharibəsi zamanı "Dəmir yumruq" rəmzində özünü ən yüksək səviyyədə büruzə verdiyini bildirib. Müstəqilliyin bərpasının 35-ci ildönümündə ölkədə heç bir daxili riskin olmadığını deyən Prezident, potensial kənar ideoloji və fiziki təhlükələrə qarşı hər zaman ayıq-sayıq olmağın vacibliyini qeyd edib. Ölkəmizin ərazi bütövlüyünün bərpası prosesinə toxunan dövlət rəhbəri, uzun illər nəticə verməyən danışıqlardan sonra Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq özünümüdafiə hüququndan istifadə etdiyini xatırladıb. Azərbaycan 30 il ərzində kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü ilə icra edərək tarixi ədaləti, ləyaqəti və beynəlxalq hüququ təkbaşına bəp edib. Qazanılan böyük zəfərə baxmayaraq, rəsmi Bakının regional sülhün təşəbbüskarı olduğunu bildirən Prezident cənab İlham Əliyev, Ermənistanla sülh sazişi layihəsinin keçən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə paraflandığını və bunun Cənubi Qafqaz regionunda tamamilə yeni bir tarixi vəziyyət yaratdığını bəyan edib. Beynəlxalq arenada mövcud olan ikili standartları kəskin tənqid edən Prezident, Azərbaycanın daxili işlərinə müdaxilə və diktə cəhdlərini qətiyyətlə rədd edərək ölkəmizin tam müstəqil siyasət xəttinə sadiq olduğunu vurğulayıb. Çıxışda həmçinin Azərbaycanın qlobal güclərlə balanslaşdırılmış strateji tərəfdaşlıq formatlarına sahib olduğu (Çin ilə imzalanmış strateji tərəfdaşlıq bəyannaməsi və ABŞ ilə imzalanmış Strateji Xartiya), gələn il İslam Əməkdaşlıq Təşkilatının, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin Zirvə Görüşlərinə Bakının ev sahibliyi edəcəyi bildirilib. İqtisadi sahədə xarici borcun ÜDM-in cəmi 5 faizindən bir az artıq olmaqla dünya üzrə ən aşağı səviyyədə olduğunu deyən dövlət başçısı, ölkəmizin müasir infrastrukturu və qonşuları ilə qurduğu yaxşı münasibətlər sayəsində qlobal nəqliyyat və enerji layihələrində əvəzolunmaz strateji qovşaq rolunu oynadığını xüsusi qeyd edib.
Xəbəri paylaş
Bu xəbəri dostlarınızla paylaşın
✈️

PANORAMA XƏBƏR

Ən son xəbərləri Telegram kanalımızdan izləyin

Telegram-a keç→
👁 1 baxış🕐 11:23
← Ana səhifəyə qayıt