Cəmiyyət
Noyabr ayında Azərbaycanda hava necə olacaq? – Rəsmi PROQNOZ
Milli Hidrometeorologiya Xidməti 2026-cı ilin noyabr ayı üzrə hava proqnozunu açıqlayıb.
Mənbə:Milli Hidrometeorologiya Xidməti
•📅30.10.2026
•🕐10:49
•👁1 baxış

Proqnoza əsasən, noyabr ayında ölkə ərazisində ümumi atmosfer sirkulyasiyasının dəyişməsi ilə əlaqədar tutqun və buludlu günlərin sayının artacağı, soyuq hava kütlələrinin tez-tez daxil olacağı gözlənilir.
Bu il havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər yüksək olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının da əsasən iqlim normasına yaxın, bəzi bölgələrdə isə normadan bir qədər çox olacağı bildirilir.
Bakıda və Abşeron yarımadasında
Paytaxtda orta aylıq temperaturun 10–13 dərəcə isti olacağı gözlənilir. Gecələr 10–15, gündüzlər isə 16–21 dərəcə isti proqnozlaşdırılır.
Dağlıq ərazilərdə
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən və Gədəbəy rayonlarında gecələr temperaturun 3–8 dərəcə isti, bəzi günlərdə isə 0–5 dərəcə şaxta olacağı gözlənilir.
Digər bölgələrdə
Mərkəzi Aran rayonlarında gündüz temperaturunun 16–21, bəzi günlərdə 24 dərəcəyədək yüksələcəyi ehtimal olunur. Şimal bölgələrinin dağlıq ərazilərində isə şaxtalı hava müşahidə edilə bilər.
Mütəxəssislər noyabr ayında hava şəraitinin dəyişkən olacağını nəzərə alaraq vətəndaşlara gündəlik proqnozları izləməyi tövsiyə edirlər.
✈️
PANORAMA XƏBƏR
Ən son xəbərləri Telegram kanalımızdan izləyin
👁 1 baxış🕐 10:49
← Ana səhifəyə qayıt