Mədəniyyət
YAP Nərimanov Rayon Təşkilatının nümayəndələri 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər
YAP Nərimanov Rayon Təşkilatının nümayəndələri Bakı Ekspo Mərkəzində təşkil olunan 12-ci Bakı Beynəlxalq Kitab Sərgisini ziyarət ediblər.
📅24.10.2026
•🕐19:50
•👁9 baxış

YAP Nərimanov Rayon Təşkilatının nümayəndələri Bakı Ekspo Mərkəzində təşkil olunan 12-ci Bakı Beynəlxalq Kitab Sərgisini ziyarət ediblər.
Sərgi çərçivəsində iştirakçılar müxtəlif nəşriyyatların təqdim etdiyi kitablarla tanış olub, fərqli mövzuları əhatə edən ədəbiyyat nümunələrini nəzərdən keçiriblər.
Kitab sərgisi mütaliə mədəniyyətinin təşviqi, bilik və dünyagörüşünün genişləndirilməsi, eləcə də cəmiyyətin ədəbi mühitlə daha yaxından tanış olması baxımından əhəmiyyətli platformadır.
YAP Nərimanov Rayon Təşkilatının nümayəndələrinin sərgidə iştirakı maarifləndirmə və mütaliə ənənələrinin təşviqinə verilən önəmin göstəricisidir.
✈️
PANORAMA XƏBƏR
Ən son xəbərləri Telegram kanalımızdan izləyin
👁 9 baxış🕐 19:50
← Ana səhifəyə qayıt