Cəmiyyət
27 ildən sonra zəfərin yaşandığı gün: 25 oktyabr "Qubadlı Şəhəri Günü"dür.
📅21.10.2026
•🕐11:24
•👁13 baxış

Nəzərova Səriyyə
ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin Azərbaycan dili və ədəbiyyat müəllimi.
Hər qaranlıq gecənin bir aydın səhəri var. 27 il az bir vaxt deyil. Bu illər ərzində bütün Azərbaycanın ürəyi qan ağlayırdı. Amma prezidentimiz İlham Əliyevin komandanlığı altında minlərlə qəhrəmanlarımızın şücaəti sayəsində biz də aydın bir səhərə çıxdıq.
44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Bərgüşad və Həkəri çaylarının qovuşduğu Qubadlı şəhərini düşmən tapdağından azad etdi. Şəhərin işğaldan azad olunması ordumuzun digər strateji hədəflərə doğru irəliləməsini sürətləndirdi.
İşğal dövründə Qubadlı şəhərinin özü və onun kəndləri vəhşicəsinə dağıdılmış, dini, tarixi, mədəni abidələr məhv edilmişdir.
Amma Qubadlı azad olunduğu gündən yeni bir dövr başladı. Bu dövr bərpa və quruculuq dövrü idi.
25 Oktyabr bir ərazinin azad olunması günü deyil, həm də qubadlıların öz dədə-baba torpaqlarına, doğma el-obasına qayıdışının müqəddəs tarixidir.
Qubadlı bu gün sürətlə gözəlləşir, inkişaf edir. Burada yenidən qurulan yollar, körpülər, su və elektrik sistemləri rayona gözəl və yeni həyat bəxş edir.
Tariximizə yazılan 25 Oktyabr "Qubadlı Şəhəri Günü" bizim əbədi bayramımızdır.
✈️
PANORAMA XƏBƏR
Ən son xəbərləri Telegram kanalımızdan izləyin
👁 13 baxış🕐 11:24
← Ana səhifəyə qayıt