PANORAMA
XƏBƏR PORTALI
CANLI
SON DƏQİQƏ
Hər qarış torpağımız Azərbaycanın ayrılmaz parçasıdır!•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Dirçəlişin Təntənəsi•ZƏFƏRDƏN YENİ STRATEGİK HƏDƏFLƏRƏ: YAP-IN VIII QURULTAYI VƏ AZƏRBAYCANIN GƏLƏCƏK İNKIŞAF VİZYONU•25 oktyabr – Qubadlı şəhəri günü: Zəfərin və Böyük Qayıdışın parlaq səhifəsi•Qubadlının azadlığı və dirçəlişi – Böyük Qayıdışın yeni mərhələsi•25 oktyabr – Qubadlı Şəhəri Günü: milli birlik və dövlətçilik qətiyyətinin təntənəsi•27 ildən sonra zəfərin yaşandığı gün: 25 oktyabr "Qubadlı Şəhəri Günü"dür.•Qubadlı Şəhəri Günü – tarixi Zəfərin və milli qürurun təntənəsi•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Qayıdışın, Dirçəlişin və Ümidin Ünvanı•25 Oktyabr – Qubadlı Şəhəri Günü: Tarixi Zəfərin və Qayıdışın Təntənəsi•Zəngilanın azadlığı tarixi Zəfərimizin, dirçəlişi isə milli birliyimizin təntənəsidir•Bakı Zirvəsi Azərbaycanın beynəlxalq nüfuzunun və sülhə əsaslanan siyasətinin növbəti təzahürüdür•Hər qarış torpağımız Azərbaycanın ayrılmaz parçasıdır!•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Dirçəlişin Təntənəsi•ZƏFƏRDƏN YENİ STRATEGİK HƏDƏFLƏRƏ: YAP-IN VIII QURULTAYI VƏ AZƏRBAYCANIN GƏLƏCƏK İNKIŞAF VİZYONU•25 oktyabr – Qubadlı şəhəri günü: Zəfərin və Böyük Qayıdışın parlaq səhifəsi•Qubadlının azadlığı və dirçəlişi – Böyük Qayıdışın yeni mərhələsi•25 oktyabr – Qubadlı Şəhəri Günü: milli birlik və dövlətçilik qətiyyətinin təntənəsi•27 ildən sonra zəfərin yaşandığı gün: 25 oktyabr "Qubadlı Şəhəri Günü"dür.•Qubadlı Şəhəri Günü – tarixi Zəfərin və milli qürurun təntənəsi•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Qayıdışın, Dirçəlişin və Ümidin Ünvanı•25 Oktyabr – Qubadlı Şəhəri Günü: Tarixi Zəfərin və Qayıdışın Təntənəsi•Zəngilanın azadlığı tarixi Zəfərimizin, dirçəlişi isə milli birliyimizin təntənəsidir•Bakı Zirvəsi Azərbaycanın beynəlxalq nüfuzunun və sülhə əsaslanan siyasətinin növbəti təzahürüdür•
Siyasət

YAP Nərimanov Rayon Təşkilatının XII Konfransı Keçirilib

📅09.09.2026
🕐10:09
👁14 baxış
YAP Nərimanov Rayon Təşkilatının XII Konfransı Keçirilib
Sentyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının XII konfransı keçirilib. Məlumata görə, tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Konfransı giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev hesabat məruzəsi ilə çıxış edərək təşkilatın fəaliyyəti və qarşıda duran vəzifələr barədə məlumat verib. O, 2021-ci ildə keçirilən VII qurultayın partiyanın fəaliyyətinin gücləndirilməsi baxımından mühüm mərhələ olduğunu vurğulayıb. Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov və Milli Məclisin deputatı Samir Vəliyev YAP-ın ölkənin siyasi, sosial və iqtisadi inkişafındakı rolundan söz açıblar. Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə kazanılan 44 günlük Vətən müharibəsi Zəfəri və 2023-cü il antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünün tam bərpa olunması xüsusi vurğulanıb. Həmçinin Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, SOCAR-ın Aparat rəhbəri Hafiz Zeynalov, YAP Gənclər Birliyinin üzvü Ülviyyə Axundova, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azad Hümbətovun atası Arif Hümbətov və YAP Mərkəzi Aparatının Təşkilat şöbəsi müdirinin müavini Rəfael Gülməmmədov çıxış edərək rayon təşkilatının işini yüksək qiymətləndiriblər. Sonda YAP Nərimanov rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib və YAP-ın VIII Qurultayına nümayəndələr seçilib. Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.
Xəbəri paylaş
Bu xəbəri dostlarınızla paylaşın
✈️

PANORAMA XƏBƏR

Ən son xəbərləri Telegram kanalımızdan izləyin

Telegram-a keç→
👁 14 baxış🕐 10:09
← Ana səhifəyə qayıt