PANORAMA
XƏBƏR PORTALI
CANLI
SON DƏQİQƏ
Hər qarış torpağımız Azərbaycanın ayrılmaz parçasıdır!•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Dirçəlişin Təntənəsi•ZƏFƏRDƏN YENİ STRATEGİK HƏDƏFLƏRƏ: YAP-IN VIII QURULTAYI VƏ AZƏRBAYCANIN GƏLƏCƏK İNKIŞAF VİZYONU•25 oktyabr – Qubadlı şəhəri günü: Zəfərin və Böyük Qayıdışın parlaq səhifəsi•Qubadlının azadlığı və dirçəlişi – Böyük Qayıdışın yeni mərhələsi•25 oktyabr – Qubadlı Şəhəri Günü: milli birlik və dövlətçilik qətiyyətinin təntənəsi•27 ildən sonra zəfərin yaşandığı gün: 25 oktyabr "Qubadlı Şəhəri Günü"dür.•Qubadlı Şəhəri Günü – tarixi Zəfərin və milli qürurun təntənəsi•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Qayıdışın, Dirçəlişin və Ümidin Ünvanı•25 Oktyabr – Qubadlı Şəhəri Günü: Tarixi Zəfərin və Qayıdışın Təntənəsi•Zəngilanın azadlığı tarixi Zəfərimizin, dirçəlişi isə milli birliyimizin təntənəsidir•Bakı Zirvəsi Azərbaycanın beynəlxalq nüfuzunun və sülhə əsaslanan siyasətinin növbəti təzahürüdür•Hər qarış torpağımız Azərbaycanın ayrılmaz parçasıdır!•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Dirçəlişin Təntənəsi•ZƏFƏRDƏN YENİ STRATEGİK HƏDƏFLƏRƏ: YAP-IN VIII QURULTAYI VƏ AZƏRBAYCANIN GƏLƏCƏK İNKIŞAF VİZYONU•25 oktyabr – Qubadlı şəhəri günü: Zəfərin və Böyük Qayıdışın parlaq səhifəsi•Qubadlının azadlığı və dirçəlişi – Böyük Qayıdışın yeni mərhələsi•25 oktyabr – Qubadlı Şəhəri Günü: milli birlik və dövlətçilik qətiyyətinin təntənəsi•27 ildən sonra zəfərin yaşandığı gün: 25 oktyabr "Qubadlı Şəhəri Günü"dür.•Qubadlı Şəhəri Günü – tarixi Zəfərin və milli qürurun təntənəsi•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Qayıdışın, Dirçəlişin və Ümidin Ünvanı•25 Oktyabr – Qubadlı Şəhəri Günü: Tarixi Zəfərin və Qayıdışın Təntənəsi•Zəngilanın azadlığı tarixi Zəfərimizin, dirçəlişi isə milli birliyimizin təntənəsidir•Bakı Zirvəsi Azərbaycanın beynəlxalq nüfuzunun və sülhə əsaslanan siyasətinin növbəti təzahürüdür•
Cəmiyyət

YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında partiya üzvləri ilə görüş keçirilib.

📅12.09.2026
🕐16:39
👁9 baxış
YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında partiya üzvləri ilə görüş keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “A. Nemətulla küçəsi 105” ünvanı üzrə Ərazi Partiya Təşkilatında partiya üzvləri ilə görüş keçirilib. ​Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, SOCAR-ın “Kompleks Qazma İşləri” trestinin rəisi, ƏPT sədri Rəşad Əsgərov və partiya üzvləri iştirak edib. Tədbirdən öncə Umumilli Lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi anılıb. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin və müstəqil Azərbaycanın azadlığı uğrunda öz canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşü giriş sözü ilə SOCAR-ın “Kompleks Qazma İşləri” trestinin rəisi, ƏPT sədri Rəşad Əsgərov açaraq partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli yoldan bəhs edib. O bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən ümumxalq partiyası kimi böyük nüfuz qazanıb, sıraları kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənib. R. Əsgərov Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xalq, dövlət qarşısındakı xidmətlərindən, Azərbaycanın Zəfər tarixindən danışıb. İclasda çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev bildirib ki, Yeni Azərbaycan Partiyasının təsisçisi Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının, dövlətinin rifahı üçün əvəzsiz xidmətlər göstərib və bu gün Ulu Öndərin layiqli davamçısı müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində dövlətimizin mövqeyinin daha da möhkəmləndirilməsinə nail olunub. Təşkilat sədri Ərazi Partiya Təşkilatında gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, yeni üzvlərin qəbulu, qeydiyyat, uçotun səmərəli aparılması və ideoloji işin məqsədyönlü aparılması ilə bağlı öz tövsiyələrini vermiş, ƏPT-nin işinə uğurlar arzulamışdır. Görüşdə Trestin sədr müavini-baş mühəndis Qabil Rzayev, Həmkarlar İttifaqının sədri Nazim Əhmədov, Operativ Xidmətin rəisi Cavanşir Zöhrabov və digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının 33 ildən artıq müddətdir ki, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak etdiyini, xalqın sevgisini və dəstəyini qazandığını, Partiyanın sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə sabitliyin təminatında avanqard rolunu davam etdirdiyini söyləyiblər. Sonra “A. Nemətulla küçəsi 105” ünvanı üzrə Ərazi Partiya Təşkilatının sədr müavininin təqaüdə çıxması ilə əlaqədar ƏPT-yə yeni müavin seçilməsinin zəruri olduğu bildirilib və Trestin aparıcı mühasibi Vəliyev Vaqif Ərziman oğlunun namizədliyi səsə qoyularaq qəbul edilib. ​Yeni seçilən Vaqif Vəliyev çıxış edərək ona göstərilən etimada görə təşəkkürünü bildirib, ƏPT üzvləri ilə birlikdə çalışaraq təşkilatın fəaliyyətinin daha da gücləndirilməsinə, partiya üzvləri ilə əlaqələrin möhkəmləndirilməsinə və qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsinə öz töhfəsini verəcəyini qeyd edib. Sonda xatirə şəkli çəkilib.
Xəbəri paylaş
Bu xəbəri dostlarınızla paylaşın
✈️

PANORAMA XƏBƏR

Ən son xəbərləri Telegram kanalımızdan izləyin

Telegram-a keç→
👁 9 baxış🕐 16:39
← Ana səhifəyə qayıt