PANORAMA
XƏBƏR PORTALI
CANLI
SON DƏQİQƏ
Hər qarış torpağımız Azərbaycanın ayrılmaz parçasıdır!•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Dirçəlişin Təntənəsi•ZƏFƏRDƏN YENİ STRATEGİK HƏDƏFLƏRƏ: YAP-IN VIII QURULTAYI VƏ AZƏRBAYCANIN GƏLƏCƏK İNKIŞAF VİZYONU•25 oktyabr – Qubadlı şəhəri günü: Zəfərin və Böyük Qayıdışın parlaq səhifəsi•Qubadlının azadlığı və dirçəlişi – Böyük Qayıdışın yeni mərhələsi•25 oktyabr – Qubadlı Şəhəri Günü: milli birlik və dövlətçilik qətiyyətinin təntənəsi•27 ildən sonra zəfərin yaşandığı gün: 25 oktyabr "Qubadlı Şəhəri Günü"dür.•Qubadlı Şəhəri Günü – tarixi Zəfərin və milli qürurun təntənəsi•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Qayıdışın, Dirçəlişin və Ümidin Ünvanı•25 Oktyabr – Qubadlı Şəhəri Günü: Tarixi Zəfərin və Qayıdışın Təntənəsi•Zəngilanın azadlığı tarixi Zəfərimizin, dirçəlişi isə milli birliyimizin təntənəsidir•Bakı Zirvəsi Azərbaycanın beynəlxalq nüfuzunun və sülhə əsaslanan siyasətinin növbəti təzahürüdür•Hər qarış torpağımız Azərbaycanın ayrılmaz parçasıdır!•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Dirçəlişin Təntənəsi•ZƏFƏRDƏN YENİ STRATEGİK HƏDƏFLƏRƏ: YAP-IN VIII QURULTAYI VƏ AZƏRBAYCANIN GƏLƏCƏK İNKIŞAF VİZYONU•25 oktyabr – Qubadlı şəhəri günü: Zəfərin və Böyük Qayıdışın parlaq səhifəsi•Qubadlının azadlığı və dirçəlişi – Böyük Qayıdışın yeni mərhələsi•25 oktyabr – Qubadlı Şəhəri Günü: milli birlik və dövlətçilik qətiyyətinin təntənəsi•27 ildən sonra zəfərin yaşandığı gün: 25 oktyabr "Qubadlı Şəhəri Günü"dür.•Qubadlı Şəhəri Günü – tarixi Zəfərin və milli qürurun təntənəsi•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Qayıdışın, Dirçəlişin və Ümidin Ünvanı•25 Oktyabr – Qubadlı Şəhəri Günü: Tarixi Zəfərin və Qayıdışın Təntənəsi•Zəngilanın azadlığı tarixi Zəfərimizin, dirçəlişi isə milli birliyimizin təntənəsidir•Bakı Zirvəsi Azərbaycanın beynəlxalq nüfuzunun və sülhə əsaslanan siyasətinin növbəti təzahürüdür•
Siyasət

YAP Nərimanov rayon təşkilatı tərəfindən İlham Əliyevin VIII Qurultaydakı çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib.

📅14.10.2026
🕐12:39
👁29 baxış
YAP Nərimanov rayon təşkilatı tərəfindən İlham Əliyevin VIII Qurultaydakı çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında  görüşlər keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “F.X.Xoyski küçəsi 78” və “Ə.Əliyev küçəsi 269” ünvanları üzrə Ərazi Partiya Təşkilatlarında partiya üzvləri ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlərə həsr olunmuş görüş keçirilib. YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov, təşkilatın əməkdaşları, Ərazi Partiya Təşkilatının sədri və partiya üzvlərinin iştirak etdiyi görüşlərdə Prezident İlham Əliyevin qurultaydakı çıxışının siyasi əhəmiyyəti, Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətlər, ölkəmizin gələcək inkişaf prioritetləri və partiya üzvlərinin qarşısında duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalaraq ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, beynəlxalq mövqelərinin möhkəmlənməsi, iqtisadi potensialının artması və işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri dövlətimizin uğurlu inkişaf strategiyasının nəticəsidir. Tədbirdə Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan ideoloji təhlükəsizlik məsələsinə də diqqət yetirilib. Bildirilib ki, müasir dövrdə informasiya təxribatlarına qarşı mübarizə, milli-mənəvi dəyərlərin qorunması, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, eləcə də cəmiyyətin düzgün məlumatlandırılması mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə partiya fəallarının üzərinə mühüm məsuliyyət düşür. Eyni zamanda, ölkəmizin iqtisadi inkişafı, əhalinin sosial rifahının yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, hərbi qüdrətin möhkəmləndirilməsi və Böyük Qayıdış prosesinin sürətləndirilməsi qarşıda duran əsas strateji vəzifələr kimi dəyərləndirilib. Vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının üzvləri Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının həyata keçirilməsinə öz töhfələrini verməli, fəaliyyətlərində müasir yanaşmalara üstünlük verməli, cəmiyyətlə əlaqələri gücləndirməli və ölkədə baş verən müsbət dəyişikliklərin ictimaiyyətə çatdırılmasında fəal iştirak etməlidirlər. Tədbir qarşıya qoyulan vəzifələrin icrasında partiya üzvlərinin fəallığının artırılması, dövlətçilik prinsiplərinin və milli həmrəyliyin möhkəmləndirilməsinin vacibliyi ətrafında müzakirələrlə yekunlaşıb.
Xəbəri paylaş
Bu xəbəri dostlarınızla paylaşın
✈️

PANORAMA XƏBƏR

Ən son xəbərləri Telegram kanalımızdan izləyin

Telegram-a keç→
👁 29 baxış🕐 12:39
← Ana səhifəyə qayıt