PANORAMA
XƏBƏR PORTALI
CANLI
SON DƏQİQƏ
Hər qarış torpağımız Azərbaycanın ayrılmaz parçasıdır!•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Dirçəlişin Təntənəsi•ZƏFƏRDƏN YENİ STRATEGİK HƏDƏFLƏRƏ: YAP-IN VIII QURULTAYI VƏ AZƏRBAYCANIN GƏLƏCƏK İNKIŞAF VİZYONU•25 oktyabr – Qubadlı şəhəri günü: Zəfərin və Böyük Qayıdışın parlaq səhifəsi•Qubadlının azadlığı və dirçəlişi – Böyük Qayıdışın yeni mərhələsi•25 oktyabr – Qubadlı Şəhəri Günü: milli birlik və dövlətçilik qətiyyətinin təntənəsi•27 ildən sonra zəfərin yaşandığı gün: 25 oktyabr "Qubadlı Şəhəri Günü"dür.•Qubadlı Şəhəri Günü – tarixi Zəfərin və milli qürurun təntənəsi•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Qayıdışın, Dirçəlişin və Ümidin Ünvanı•25 Oktyabr – Qubadlı Şəhəri Günü: Tarixi Zəfərin və Qayıdışın Təntənəsi•Zəngilanın azadlığı tarixi Zəfərimizin, dirçəlişi isə milli birliyimizin təntənəsidir•Bakı Zirvəsi Azərbaycanın beynəlxalq nüfuzunun və sülhə əsaslanan siyasətinin növbəti təzahürüdür•Hər qarış torpağımız Azərbaycanın ayrılmaz parçasıdır!•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Dirçəlişin Təntənəsi•ZƏFƏRDƏN YENİ STRATEGİK HƏDƏFLƏRƏ: YAP-IN VIII QURULTAYI VƏ AZƏRBAYCANIN GƏLƏCƏK İNKIŞAF VİZYONU•25 oktyabr – Qubadlı şəhəri günü: Zəfərin və Böyük Qayıdışın parlaq səhifəsi•Qubadlının azadlığı və dirçəlişi – Böyük Qayıdışın yeni mərhələsi•25 oktyabr – Qubadlı Şəhəri Günü: milli birlik və dövlətçilik qətiyyətinin təntənəsi•27 ildən sonra zəfərin yaşandığı gün: 25 oktyabr "Qubadlı Şəhəri Günü"dür.•Qubadlı Şəhəri Günü – tarixi Zəfərin və milli qürurun təntənəsi•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Qayıdışın, Dirçəlişin və Ümidin Ünvanı•25 Oktyabr – Qubadlı Şəhəri Günü: Tarixi Zəfərin və Qayıdışın Təntənəsi•Zəngilanın azadlığı tarixi Zəfərimizin, dirçəlişi isə milli birliyimizin təntənəsidir•Bakı Zirvəsi Azərbaycanın beynəlxalq nüfuzunun və sülhə əsaslanan siyasətinin növbəti təzahürüdür•
Siyasət

Metallurgiya sənayesinin inkişafında yeni "Yol xəritəsi" - Nələr olacaq?

📅24.09.2026
🕐07:49
👁196 baxış
Metallurgiya sənayesinin inkişafında yeni "Yol xəritəsi" - Nələr olacaq?
Elçin Quliyev YAP Nərimanov Rayon Təşkilatının sədri Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədə səsləndirilən fikirlər göstərir ki, qarşıdakı illərdə bu sahənin inkişafı dövlətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri olacaq. Artıq bunu əminliklə söyləmək mümkündür. Birmənalı şəkildə qeyd etməliyik ki, dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialının daha geniş şəkildə reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu sahənin inkişaf etdirilməsi, ilk növbədə, ölkənin zəngin təbii resurslarından daha səmərəli istifadə olunmasına, mövcud mineral-xammal bazasının iqtisadi dövriyyəyə cəlb edilməsinə və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə imkan verəcək. Ən önəmlisi odur ki, dağ-mədən sənayesi Azərbaycanın iqtisadi potensialında mühüm yer tutan və xüsusilə qeyri-neft sektorunun inkişafına ciddi töhfə verəcək istiqamətlərdəndir. Uzun müddət ərzində müxtəlif səbəblərdən bu potensialdan tam istifadə etmək mümkün olmayıb. Əsas səbəblərdən biri də heç şübhəsiz ki, Ermənistanın otuz il davam edən işğalçılıq siyasəti idi. Ölkə başçısı da müşavirədə bu məsələyə toxundu. Prezident İlham Əliyev bunun obyektiv və subyektiv səbəblərini diqqətə çatdırdı. İşğal faktoru Azərbaycanın bir sıra mühüm mineral yataqlarının iqtisadi dövriyyəyə cəlb edilməsinə ciddi maneələr yaradıb. İşğal dövründə Azərbaycanın təbii ehtiyatlarının Ermənistan tərəfindən qanunsuz istismarı da ölkənin mineral resurs potensialından istifadəyə mane olan amillərdən biri olub. Dövlət başçısı İlham Əliyevin 23 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı" bu sahədə görüləcək işlərin "Yol xəritəsi" olacaq. Eyni zamanda, sənəddə də vurğulandığı kimi, hədəf Dövlət Proqramının icrası nəticəsində 2030-cu ilədək müvafiq sahədə dayanıqlı və rəqabətqabiliyyətli istehsalın inkişaf etdirilməsidir. Bundan başqa, mineral-xammal bazasının genişləndirilməsi əsas prioritet olacaq. Eləcə də geoloji kəşfiyyat işlərinin inkişaf etdirilməsi və mövcud yataqların səmərəli istismarının təmin edilməsi əsas hədəflərdəndir. Filizdən son məhsuladək inteqrə olunmuş istehsal və emal zəncirinin formalaşdırılması məsələsi də ön planda tutulacaq. Ən əsası, bütün diqqət yüksək əlavə dəyər yaradan metallurgiya məhsullarının istehsalının və ixrac potensialının artırılmasına yönəldilmiş olacaq.
Xəbəri paylaş
Bu xəbəri dostlarınızla paylaşın
✈️

PANORAMA XƏBƏR

Ən son xəbərləri Telegram kanalımızdan izləyin

Telegram-a keç→
👁 196 baxış🕐 07:49
← Ana səhifəyə qayıt