Cəmiyyət
Laçında traktor minaya düşüb
Laçın rayonunun Fingə kəndində traktor minaya düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
📅26.09.2026
•🕐19:11
•👁25 baxış

“Panorama Xəbər” bildirir ki, hadisə sentyabrın 25-də Laçın rayonunun Fingə kəndi ərazisində baş verib.
Məlumata görə, 1992-ci il təvəllüdlü Ağcabədi rayon sakini Quliyev Ülfət Saday oğlu traktorla ərazidə hərəkətdə olarkən mina partlayışı baş verib.
Hadisə nəticəsində traktor zədələnib, sürücü isə xəsarət almayıb.
Faktla bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır.
Rəsmi qurumlar bir daha vətəndaşları mina təhlükəsi olan ərazilərə daxil olmamağa və yalnız təhlükəsizliyi təsdiqlənmiş marşrutlardan istifadə etməyə çağırıb.
✈️
PANORAMA XƏBƏR
Ən son xəbərləri Telegram kanalımızdan izləyin
👁 25 baxış🕐 19:11
← Ana səhifəyə qayıt