PANORAMA
XƏBƏR PORTALI
CANLI
SON DƏQİQƏ
Hər qarış torpağımız Azərbaycanın ayrılmaz parçasıdır!•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Dirçəlişin Təntənəsi•ZƏFƏRDƏN YENİ STRATEGİK HƏDƏFLƏRƏ: YAP-IN VIII QURULTAYI VƏ AZƏRBAYCANIN GƏLƏCƏK İNKIŞAF VİZYONU•25 oktyabr – Qubadlı şəhəri günü: Zəfərin və Böyük Qayıdışın parlaq səhifəsi•Qubadlının azadlığı və dirçəlişi – Böyük Qayıdışın yeni mərhələsi•25 oktyabr – Qubadlı Şəhəri Günü: milli birlik və dövlətçilik qətiyyətinin təntənəsi•27 ildən sonra zəfərin yaşandığı gün: 25 oktyabr "Qubadlı Şəhəri Günü"dür.•Qubadlı Şəhəri Günü – tarixi Zəfərin və milli qürurun təntənəsi•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Qayıdışın, Dirçəlişin və Ümidin Ünvanı•25 Oktyabr – Qubadlı Şəhəri Günü: Tarixi Zəfərin və Qayıdışın Təntənəsi•Zəngilanın azadlığı tarixi Zəfərimizin, dirçəlişi isə milli birliyimizin təntənəsidir•Bakı Zirvəsi Azərbaycanın beynəlxalq nüfuzunun və sülhə əsaslanan siyasətinin növbəti təzahürüdür•Hər qarış torpağımız Azərbaycanın ayrılmaz parçasıdır!•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Dirçəlişin Təntənəsi•ZƏFƏRDƏN YENİ STRATEGİK HƏDƏFLƏRƏ: YAP-IN VIII QURULTAYI VƏ AZƏRBAYCANIN GƏLƏCƏK İNKIŞAF VİZYONU•25 oktyabr – Qubadlı şəhəri günü: Zəfərin və Böyük Qayıdışın parlaq səhifəsi•Qubadlının azadlığı və dirçəlişi – Böyük Qayıdışın yeni mərhələsi•25 oktyabr – Qubadlı Şəhəri Günü: milli birlik və dövlətçilik qətiyyətinin təntənəsi•27 ildən sonra zəfərin yaşandığı gün: 25 oktyabr "Qubadlı Şəhəri Günü"dür.•Qubadlı Şəhəri Günü – tarixi Zəfərin və milli qürurun təntənəsi•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Qayıdışın, Dirçəlişin və Ümidin Ünvanı•25 Oktyabr – Qubadlı Şəhəri Günü: Tarixi Zəfərin və Qayıdışın Təntənəsi•Zəngilanın azadlığı tarixi Zəfərimizin, dirçəlişi isə milli birliyimizin təntənəsidir•Bakı Zirvəsi Azərbaycanın beynəlxalq nüfuzunun və sülhə əsaslanan siyasətinin növbəti təzahürüdür•
Dünya

Kamçatkada çətin vəziyyətə düşən azərbaycanlı turistlə bağlı tədbirlər görülür

📅22.08.2026
🕐16:46
👁23 baxış
Kamçatkada çətin vəziyyətə düşən azərbaycanlı turistlə bağlı tədbirlər görülür
Rusiyanın Kamçatka diyarında turist qrupunun üzləşdiyi çətin vəziyyətlə bağlı Azərbaycanın Rusiyadakı səfirliyi və Yekaterinburqdakı Baş konsulluğu tərəfindən müvafiq tədbirlər görülür. Məlumata görə, müxtəlif ölkələrin vətəndaşlarından ibarət turist qrupu Tolbaçik vulkanına səfər zamanı bölgədə müşahidə olunan güclü yağışlar və əlverişsiz hava şəraiti səbəbindən hərəkətdə çətinliklərlə qarşılaşıb. Qrupun üzvləri arasında Azərbaycan vətəndaşı Tatyana Dolivets də yer alır. Güclü yağıntılar nəticəsində çayların məcrasından çıxması və yolların su altında qalması turistlərin geri qayıtmasına maneə yaradıb. Məlumata əsasən, yolun təxminən 30 kilometrlik hissəsinin zədələnməsi səbəbindən qrup hazırda ərazidən sərbəst şəkildə çıxa bilmir. Azərbaycanın diplomatik nümayəndəlikləri məsələ ilə bağlı Rusiya tərəfinin aidiyyəti qurumları və Kamçatkadakı Azərbaycan icmasının nümayəndələri ilə əlaqə saxlayır. Turist qrupunun vəziyyəti barədə məlumatların əldə olunması və təhlükəsizliyinin təmin edilməsi istiqamətində iş aparılır. Kamçatka üzrə yerli qurumlar turistlərlə peyk rabitəsi vasitəsilə əlaqə saxlayır. Bölgədə davam edən əlverişsiz hava şəraiti səbəbindən helikopterlər də daxil olmaqla hava nəqliyyatından istifadə imkanları məhdudlaşıb. Hazırda əsas məqsəd turistlərlə davamlı əlaqənin təmin edilməsi və hava şəraiti imkan verən kimi onların təhlükəsiz əraziyə təxliyəsinin həyata keçirilməsidir. Azərbaycanın Rusiyadakı səfirliyi və Yekaterinburqdakı Baş konsulluğu vəziyyəti nəzarətdə saxlayır və aidiyyəti Rusiya qurumları ilə koordinasiyalı şəkildə fəaliyyətini davam etdirir.
Xəbəri paylaş
Bu xəbəri dostlarınızla paylaşın
✈️

PANORAMA XƏBƏR

Ən son xəbərləri Telegram kanalımızdan izləyin

Telegram-a keç→
👁 23 baxış🕐 16:46
← Ana səhifəyə qayıt