PANORAMA
XƏBƏR PORTALI
CANLI
SON DƏQİQƏ
Hər qarış torpağımız Azərbaycanın ayrılmaz parçasıdır!•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Dirçəlişin Təntənəsi•ZƏFƏRDƏN YENİ STRATEGİK HƏDƏFLƏRƏ: YAP-IN VIII QURULTAYI VƏ AZƏRBAYCANIN GƏLƏCƏK İNKIŞAF VİZYONU•25 oktyabr – Qubadlı şəhəri günü: Zəfərin və Böyük Qayıdışın parlaq səhifəsi•Qubadlının azadlığı və dirçəlişi – Böyük Qayıdışın yeni mərhələsi•25 oktyabr – Qubadlı Şəhəri Günü: milli birlik və dövlətçilik qətiyyətinin təntənəsi•27 ildən sonra zəfərin yaşandığı gün: 25 oktyabr "Qubadlı Şəhəri Günü"dür.•Qubadlı Şəhəri Günü – tarixi Zəfərin və milli qürurun təntənəsi•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Qayıdışın, Dirçəlişin və Ümidin Ünvanı•25 Oktyabr – Qubadlı Şəhəri Günü: Tarixi Zəfərin və Qayıdışın Təntənəsi•Zəngilanın azadlığı tarixi Zəfərimizin, dirçəlişi isə milli birliyimizin təntənəsidir•Bakı Zirvəsi Azərbaycanın beynəlxalq nüfuzunun və sülhə əsaslanan siyasətinin növbəti təzahürüdür•Hər qarış torpağımız Azərbaycanın ayrılmaz parçasıdır!•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Dirçəlişin Təntənəsi•ZƏFƏRDƏN YENİ STRATEGİK HƏDƏFLƏRƏ: YAP-IN VIII QURULTAYI VƏ AZƏRBAYCANIN GƏLƏCƏK İNKIŞAF VİZYONU•25 oktyabr – Qubadlı şəhəri günü: Zəfərin və Böyük Qayıdışın parlaq səhifəsi•Qubadlının azadlığı və dirçəlişi – Böyük Qayıdışın yeni mərhələsi•25 oktyabr – Qubadlı Şəhəri Günü: milli birlik və dövlətçilik qətiyyətinin təntənəsi•27 ildən sonra zəfərin yaşandığı gün: 25 oktyabr "Qubadlı Şəhəri Günü"dür.•Qubadlı Şəhəri Günü – tarixi Zəfərin və milli qürurun təntənəsi•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Qayıdışın, Dirçəlişin və Ümidin Ünvanı•25 Oktyabr – Qubadlı Şəhəri Günü: Tarixi Zəfərin və Qayıdışın Təntənəsi•Zəngilanın azadlığı tarixi Zəfərimizin, dirçəlişi isə milli birliyimizin təntənəsidir•Bakı Zirvəsi Azərbaycanın beynəlxalq nüfuzunun və sülhə əsaslanan siyasətinin növbəti təzahürüdür•
Siyasət

Hikmət Hacıyev: Ermənistan hökuməti cəmiyyətini sülhə hazırlamalıdır

📅02.10.2026
🕐09:21
👁57 baxış
Hikmət Hacıyev: Ermənistan hökuməti cəmiyyətini sülhə hazırlamalıdır
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan hökumətini öz cəmiyyətinin sülhə hazırlanması istiqamətində fəal işləməyə çağırıb. Hikmət Hacıyev bu fikirləri Bakıda keçirilən CAMCA 2026 Regional Forumunun ikinci günündə çıxışı zamanı səsləndirib. O bildirib ki, Azərbaycanla Ermənistan arasında sülhün yalnız sənəd üzərində təsbit edilməsi kifayət deyil, onun praktikada reallaşdırılması və dayanıqlı hala gətirilməsi vacibdir. Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan regionda uzunmüddətli sülh və sabitliyə əsaslanan yeni əməkdaşlıq mühitinin formalaşmasında maraqlıdır. Onun sözlərinə görə, münaqişədən sonrakı mərhələdə qarşılıqlı etimadın yaradılması və xalqların sülhə hazırlanması xüsusi əhəmiyyət daşıyır. Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirilən müddəaların dəyişdirilməsini gözləyir. O hesab edir ki, bu addımdan sonra yekun sülh sazişinin imzalanması reallığa çevrilə bilər. Forumdakı çıxışında Hacıyev Azərbaycanın xarici siyasətində iqtisadi diplomatiyaya, enerji əməkdaşlığına və regional əlaqəliliyə xüsusi diqqət yetirdiyini də bildirib. O, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Avrasiyanın nəqliyyat-kommunikasiya xəritəsinin dəyişdirilməsi istiqamətində birgə çalışdığını qeyd edib.
Xəbəri paylaş
Bu xəbəri dostlarınızla paylaşın
✈️

PANORAMA XƏBƏR

Ən son xəbərləri Telegram kanalımızdan izləyin

Telegram-a keç→
👁 57 baxış🕐 09:21
← Ana səhifəyə qayıt