PANORAMA
XƏBƏR PORTALI
CANLI
SON DƏQİQƏ
Hər qarış torpağımız Azərbaycanın ayrılmaz parçasıdır!•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Dirçəlişin Təntənəsi•ZƏFƏRDƏN YENİ STRATEGİK HƏDƏFLƏRƏ: YAP-IN VIII QURULTAYI VƏ AZƏRBAYCANIN GƏLƏCƏK İNKIŞAF VİZYONU•25 oktyabr – Qubadlı şəhəri günü: Zəfərin və Böyük Qayıdışın parlaq səhifəsi•Qubadlının azadlığı və dirçəlişi – Böyük Qayıdışın yeni mərhələsi•25 oktyabr – Qubadlı Şəhəri Günü: milli birlik və dövlətçilik qətiyyətinin təntənəsi•27 ildən sonra zəfərin yaşandığı gün: 25 oktyabr "Qubadlı Şəhəri Günü"dür.•Qubadlı Şəhəri Günü – tarixi Zəfərin və milli qürurun təntənəsi•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Qayıdışın, Dirçəlişin və Ümidin Ünvanı•25 Oktyabr – Qubadlı Şəhəri Günü: Tarixi Zəfərin və Qayıdışın Təntənəsi•Zəngilanın azadlığı tarixi Zəfərimizin, dirçəlişi isə milli birliyimizin təntənəsidir•Bakı Zirvəsi Azərbaycanın beynəlxalq nüfuzunun və sülhə əsaslanan siyasətinin növbəti təzahürüdür•Hər qarış torpağımız Azərbaycanın ayrılmaz parçasıdır!•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Dirçəlişin Təntənəsi•ZƏFƏRDƏN YENİ STRATEGİK HƏDƏFLƏRƏ: YAP-IN VIII QURULTAYI VƏ AZƏRBAYCANIN GƏLƏCƏK İNKIŞAF VİZYONU•25 oktyabr – Qubadlı şəhəri günü: Zəfərin və Böyük Qayıdışın parlaq səhifəsi•Qubadlının azadlığı və dirçəlişi – Böyük Qayıdışın yeni mərhələsi•25 oktyabr – Qubadlı Şəhəri Günü: milli birlik və dövlətçilik qətiyyətinin təntənəsi•27 ildən sonra zəfərin yaşandığı gün: 25 oktyabr "Qubadlı Şəhəri Günü"dür.•Qubadlı Şəhəri Günü – tarixi Zəfərin və milli qürurun təntənəsi•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Qayıdışın, Dirçəlişin və Ümidin Ünvanı•25 Oktyabr – Qubadlı Şəhəri Günü: Tarixi Zəfərin və Qayıdışın Təntənəsi•Zəngilanın azadlığı tarixi Zəfərimizin, dirçəlişi isə milli birliyimizin təntənəsidir•Bakı Zirvəsi Azərbaycanın beynəlxalq nüfuzunun və sülhə əsaslanan siyasətinin növbəti təzahürüdür•
Cəmiyyət

Gəldiyi, Torpağın Nəfəs Aldığı Gün – Füzuli Şəhəri Günü

📅19.10.2026
🕐11:03
👁182 baxış
Gəldiyi, Torpağın Nəfəs Aldığı Gün – Füzuli Şəhəri Günü
Eldəniz Səttarov SOCAR Kompleks Qazma İşləri Trestinin Ümumi məsələlər üzrə müdir müavini, YAP Nərimanov rayon təşkilatının üzvü 30 il boyunca Füzuli dözdü... Xarabalıqlara çevrilmiş küçələri, lal qalmış evləri ilə öz doğma sahiblərinin yolunu gözlədi. Düşmən onu "ruhlar şəhəri"nə çevirmək istədi, amma unutdu ki, bir torpağın ruhu orada yaşayan insanların yaddaşında və Vətən sevgisində yaşayır. 17 oktyabr 2020-ci il — Füzulinin yenidən nəfəs aldığı, ədalətin və milli qürurun bərpa olunduğu gündür! Bir Vəsiyyətin və Həsrətin Təntənəsi Füzulinin azadlıq hekayəsinin ilk müjdəsi Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə imza atdığı şanlı Horadiz əməliyyatı ilə verilmişdi. Ulu Öndər füzulilərin inamını qorudu, güclü dövlət və müasir ordu quruculuğunun təməlini qoyaraq xalqımıza böyük Qələbə irsi qoyub getdi. O vəsiyyəti və xalqımızın 30 illik arzusunu Müzəffər Ali Baş Komandan İlham Əliyev gerçəkləşdirdi. Düşmənin "keçilməz" dediyi keçilməz istehkamlar Müzəffər Liderin qətiyyəti, "Dəmir Yumruq" siyasəti və dövlətimizin sarsılmaz iradəsi ilə darmadağın edildi. Cənab Prezidentin 17 oktyabrda xalqa verdiyi o şad xəbər Şuşaya gedən Zəfər yolunun qapılarını taybatay açdı! Zəfəri Yazanlar: Ordumuz, Şəhidlərimiz və Qazilərimiz Füzuli təkcə strateji bir ərazi deyil, Füzuli Azərbaycan əsgərinin qəhrəmanlıq dastanının yazıldığı yerdir!  Rəşadətli Ordumuz: Düşmənin illər boyu qurduğu beton sədləri, minalanmış tarlalarları aslan kimi yaran, hər qarış torpaq üçün canını sipər edən igidlərimiz Füzuliyə bayrağımızı sancdı.  Müqəddəs Şəhidlərimiz: Füzuli torpağı şəhidlərimizin al qanı ilə vətənləşdi. Onlar öz canları bahasına millətimizin qamətini dikəltdilər, 30 illik lekeyi silib atdılar. Onların əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq!  Qürur Mənbəyimiz – Qazilərimiz: Sağlamlığını, gəncliyini Vətən yolunda fəda edən qazilərimiz bu Zəfərin canlı şahidləri və yaşayan qəhrəmanlarıdır. Bu gün Füzulidə dalğalanan üçrəngli bayraqda onların hər birinin payı var. Xarabalıqdan Doğan Möcüzə Sanki dünən idi... Füzulidə bayrağımızı sancmağa bir bütöv bina tapılmırdı. Bu gün isə Füzuli Ali Baş Komandanın rəhbərliyi ilə küllərindən doğur. Cəmi aylar ərzində ucaldılan Füzuli Beynəlxalq Hava Limanı, yeni salınan küçələr və doğma ocaqlarına qayıdan sakinlər dünyaya sübut edir ki, biz bu torpaqlara qurmağa və yaşatmağa gəlmişik. 17 Oktyabr — Ulu Öndər Heydər Əliyev ideyalarının, Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyətinin, şəhidlərimizin ruhunun, qazilərimizin fədakarlığının və cəsur Ordumuzun Qələbə günüdür! Füzuli Şəhəri Günümüz mübarək olsun!
Xəbəri paylaş
Bu xəbəri dostlarınızla paylaşın
✈️

PANORAMA XƏBƏR

Ən son xəbərləri Telegram kanalımızdan izləyin

Telegram-a keç→
👁 182 baxış🕐 11:03
← Ana səhifəyə qayıt