PANORAMA
XƏBƏR PORTALI
CANLI
SON DƏQİQƏ
Hər qarış torpağımız Azərbaycanın ayrılmaz parçasıdır!•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Dirçəlişin Təntənəsi•ZƏFƏRDƏN YENİ STRATEGİK HƏDƏFLƏRƏ: YAP-IN VIII QURULTAYI VƏ AZƏRBAYCANIN GƏLƏCƏK İNKIŞAF VİZYONU•25 oktyabr – Qubadlı şəhəri günü: Zəfərin və Böyük Qayıdışın parlaq səhifəsi•Qubadlının azadlığı və dirçəlişi – Böyük Qayıdışın yeni mərhələsi•25 oktyabr – Qubadlı Şəhəri Günü: milli birlik və dövlətçilik qətiyyətinin təntənəsi•27 ildən sonra zəfərin yaşandığı gün: 25 oktyabr "Qubadlı Şəhəri Günü"dür.•Qubadlı Şəhəri Günü – tarixi Zəfərin və milli qürurun təntənəsi•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Qayıdışın, Dirçəlişin və Ümidin Ünvanı•25 Oktyabr – Qubadlı Şəhəri Günü: Tarixi Zəfərin və Qayıdışın Təntənəsi•Zəngilanın azadlığı tarixi Zəfərimizin, dirçəlişi isə milli birliyimizin təntənəsidir•Bakı Zirvəsi Azərbaycanın beynəlxalq nüfuzunun və sülhə əsaslanan siyasətinin növbəti təzahürüdür•Hər qarış torpağımız Azərbaycanın ayrılmaz parçasıdır!•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Dirçəlişin Təntənəsi•ZƏFƏRDƏN YENİ STRATEGİK HƏDƏFLƏRƏ: YAP-IN VIII QURULTAYI VƏ AZƏRBAYCANIN GƏLƏCƏK İNKIŞAF VİZYONU•25 oktyabr – Qubadlı şəhəri günü: Zəfərin və Böyük Qayıdışın parlaq səhifəsi•Qubadlının azadlığı və dirçəlişi – Böyük Qayıdışın yeni mərhələsi•25 oktyabr – Qubadlı Şəhəri Günü: milli birlik və dövlətçilik qətiyyətinin təntənəsi•27 ildən sonra zəfərin yaşandığı gün: 25 oktyabr "Qubadlı Şəhəri Günü"dür.•Qubadlı Şəhəri Günü – tarixi Zəfərin və milli qürurun təntənəsi•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Qayıdışın, Dirçəlişin və Ümidin Ünvanı•25 Oktyabr – Qubadlı Şəhəri Günü: Tarixi Zəfərin və Qayıdışın Təntənəsi•Zəngilanın azadlığı tarixi Zəfərimizin, dirçəlişi isə milli birliyimizin təntənəsidir•Bakı Zirvəsi Azərbaycanın beynəlxalq nüfuzunun və sülhə əsaslanan siyasətinin növbəti təzahürüdür•
Cəmiyyət

“Biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq”.- Prezident Ali Baş Komandan İlham Əliyev

📅13.10.2026
🕐11:49
👁13 baxış
“Biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq”.- Prezident Ali Baş Komandan İlham Əliyev
Azərbaycan xarici siyasətini heç bir dövlətin daxili işlərə qarışmasına imkan verməyəcək şəkildə qurur. YAP-ın VIII Qurultayı həm partiyanın Cənubi Qafqazın aparıcı siyasi qüvvəsi olduğunu bir daha nümayiş etdirmiş, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın növbəti onilliklər üçün inkişaf və təhlükəsizlik xəritəsini cızmışdır. Son günlər sosial şəbəkələrdə məktəblərdə geyim qaydaları ilə bağlı qəbul edilən qərar müzakirə olunur. Bəzi şəxslər bunun hicaba qadağası kimi təqdim etməyə çalışır.Təbii ki,bu fikir kökündən yalnışdır.Burada məqsəd təhsilin dünyəvilik prinsipini qorumaq və vahid geyim üslubunun tətbiq edilməsidir. Şagirdlər, həm də müəllimlər məktəbə müəyyən edilmiş geyim tələblərinə uyğun gəlməlidirlər. Hər bir müəssisənin olduğu kimi, məktəbin də özünəməxsus geyim qaydalarının olması təbiidir.  "Məlum olduğu kimi, Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi və “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında qərar qəbul etmişdir. Məsələ ətrafında aparılan geniş müzakirələri və yaranmış narahatlıqları nəzərə alaraq, bu məsələyə həm hüquqi, həm də dini baxımdan münasibət bildirməyi zəruri hesab edirəm. Öncə məsələnin hüquqi tərəfinə nəzər salaq. Azərbaycan Respublikası Konstitusiyasının din və dövlət münasibətləri ilə bağlı 18-ci maddəsində bütün yuxarıda qeyd olunan məsələlər açıq aşkar izah olunub. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Zaman-zaman təhlükəsizliklə bağlı müxtəlif addımların atılmasının və qərarların qəbul edilməsinin hansı zərurətdən irəli gəldiyini ən dolğun şəkildə dövlətin müvafiq qurumları qiymətləndirə bilər. Vətəndaşlar proseslərin bütün təfərrüatlarına bələd olmadıqları və mümkün təhlükələri tam görmədikləri üçün məsələyə fərqli prizmadan yanaşa bilərlər. Nazirlər Kabinetin qərarın mətninə diqqət yetirdikdə görünür ki, sənəddə hicabla bağlı ayrıca və konkret qadağa nəzərdə tutulmayıb. Qərarla həm təhsilalanlar, həm də təhsilverənlər üçün geyim normaları müəyyənləşdirilir. Eyni zamanda, məktəbə idman üslubunda və açıq-saçıq geyimdə gəlməyə də məhdudiyyət qoyulur. Başqa sözlə, həm şagirdlər, həm də müəllimlər məktəbə müəyyən edilmiş geyim tələblərinə uyğun gəlməlidirlər. Bununla belə, həmin qaydaların tətbiqi qüvvədə olan qanunvericiliyə və vətəndaşların konstitusion hüquqlarına uyğun şəkildə həyata keçirilməlidir. Bu gün dünyamız ciddi təlatümlər içindədir. Heç vaxt olmadığı qədər təhlükə və sınaqlarla üz-üzəyik. Belə bir şəraitdə birlik və həmrəyliyimizi qorumağa daha çox ehtiyacımız var. Əhməd Panayev Nərimanov rayon ƏPT sədri Azərbaycan Rəssamlıq Akademiyası Mülki müdafiə qərargah rəisi.
Xəbəri paylaş
Bu xəbəri dostlarınızla paylaşın
✈️

PANORAMA XƏBƏR

Ən son xəbərləri Telegram kanalımızdan izləyin

Telegram-a keç→
👁 13 baxış🕐 11:49
← Ana səhifəyə qayıt