PANORAMA
XƏBƏR PORTALI
CANLI
SON DƏQİQƏ
Hər qarış torpağımız Azərbaycanın ayrılmaz parçasıdır!•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Dirçəlişin Təntənəsi•ZƏFƏRDƏN YENİ STRATEGİK HƏDƏFLƏRƏ: YAP-IN VIII QURULTAYI VƏ AZƏRBAYCANIN GƏLƏCƏK İNKIŞAF VİZYONU•25 oktyabr – Qubadlı şəhəri günü: Zəfərin və Böyük Qayıdışın parlaq səhifəsi•Qubadlının azadlığı və dirçəlişi – Böyük Qayıdışın yeni mərhələsi•25 oktyabr – Qubadlı Şəhəri Günü: milli birlik və dövlətçilik qətiyyətinin təntənəsi•27 ildən sonra zəfərin yaşandığı gün: 25 oktyabr "Qubadlı Şəhəri Günü"dür.•Qubadlı Şəhəri Günü – tarixi Zəfərin və milli qürurun təntənəsi•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Qayıdışın, Dirçəlişin və Ümidin Ünvanı•25 Oktyabr – Qubadlı Şəhəri Günü: Tarixi Zəfərin və Qayıdışın Təntənəsi•Zəngilanın azadlığı tarixi Zəfərimizin, dirçəlişi isə milli birliyimizin təntənəsidir•Bakı Zirvəsi Azərbaycanın beynəlxalq nüfuzunun və sülhə əsaslanan siyasətinin növbəti təzahürüdür•Hər qarış torpağımız Azərbaycanın ayrılmaz parçasıdır!•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Dirçəlişin Təntənəsi•ZƏFƏRDƏN YENİ STRATEGİK HƏDƏFLƏRƏ: YAP-IN VIII QURULTAYI VƏ AZƏRBAYCANIN GƏLƏCƏK İNKIŞAF VİZYONU•25 oktyabr – Qubadlı şəhəri günü: Zəfərin və Böyük Qayıdışın parlaq səhifəsi•Qubadlının azadlığı və dirçəlişi – Böyük Qayıdışın yeni mərhələsi•25 oktyabr – Qubadlı Şəhəri Günü: milli birlik və dövlətçilik qətiyyətinin təntənəsi•27 ildən sonra zəfərin yaşandığı gün: 25 oktyabr "Qubadlı Şəhəri Günü"dür.•Qubadlı Şəhəri Günü – tarixi Zəfərin və milli qürurun təntənəsi•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Qayıdışın, Dirçəlişin və Ümidin Ünvanı•25 Oktyabr – Qubadlı Şəhəri Günü: Tarixi Zəfərin və Qayıdışın Təntənəsi•Zəngilanın azadlığı tarixi Zəfərimizin, dirçəlişi isə milli birliyimizin təntənəsidir•Bakı Zirvəsi Azərbaycanın beynəlxalq nüfuzunun və sülhə əsaslanan siyasətinin növbəti təzahürüdür•
Siyasət

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü

📅01.10.2026
🕐11:48
👁15 baxış
4 Oktyabr – Cəbrayıl Şəhəri Günü
Əfsanə Muradova YAP Nərimanov Rayon Təşkilatının gənc fəalı 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü xalqımızın yaddaşında tarixi Zəfərin, milli iradənin və doğma torpaqlara qayıdışın rəmzi kimi xüsusi əhəmiyyət daşıyır. Bu əlamətdar gün Azərbaycan xalqının 2020-ci ildə qazandığı Böyük Qələbənin şanlı səhifələrindən birini təşkil edir. 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Cəbrayıl uzun illər ərzində öz doğma yurdlarından didərgin düşmüş sakinlərinin qayıdışını gözlədi. İşğal dövründə şəhərin tarixi-mədəni irsinə və yaşayış məntəqələrinə ciddi ziyan vuruldu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi isə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi mərhələnin başlanğıcı oldu. 4 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun qəhrəmanlığı və şücaəti nəticəsində Cəbrayıl şəhəri işğaldan azad edildi. Cəbrayıl İkinci Qarabağ müharibəsi zamanı azad edilən ilk şəhər kimi Zəfər tariximizdə xüsusi yer tutur. Bu tarixi hadisə ordumuzun gücünü, xalqımızın birliyini və Vətən uğrunda mübarizə əzmini bir daha nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 4 oktyabr Cəbrayıl şəhəri günü kimi təsis edilmişdir. Bu qərar Vətən müharibəsində əldə edilmiş tarixi Qələbənin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün Cəbrayıl artıq yalnız Zəfərimizin rəmzi deyil, həm də Böyük Qayıdışın və genişmiqyaslı quruculuq işlərinin ünvanlarından biridir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələri nəticəsində Cəbrayılın siması yenidən formalaşır, şəhər müasir və rahat yaşayış məkanına çevrilir. 2024-cü il 4 oktyabr tarixində Cəbrayıl şəhərində yeni yaşayış kompleksinin açılışının keçirilməsi və sakinlərə mənzillərin təqdim olunması Böyük Qayıdış prosesinin mühüm nümunələrindən biridir. Mən bir gənc olaraq Cəbrayılın azad edilməsini Azərbaycan tarixinin ən qürurverici hadisələrindən biri hesab edirəm. Bu Zəfərin əldə olunmasında canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiram və minnətdarlıq hissi ilə yad edirəm. Onların qəhrəmanlığı sayəsində bu gün üçrəngli Azərbaycan Bayrağı doğma torpaqlarımızda dalğalanır. 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü münasibətilə bütün cəbrayıllıları və xalqımızı ürəkdən təbrik edir, Cəbrayılın bundan sonra da sürətlə inkişaf etməsini, sakinlərinin doğma yurdlarında firavan həyat sürməsini arzulayıram. Cəbrayıl bizim Zəfər tariximizdir! Cəbrayıl bizim doğma torpağımızdır!
Xəbəri paylaş
Bu xəbəri dostlarınızla paylaşın
✈️

PANORAMA XƏBƏR

Ən son xəbərləri Telegram kanalımızdan izləyin

Telegram-a keç→
👁 15 baxış🕐 11:48
← Ana səhifəyə qayıt