PANORAMA
XƏBƏR PORTALI
CANLI
SON DƏQİQƏ
Hər qarış torpağımız Azərbaycanın ayrılmaz parçasıdır!•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Dirçəlişin Təntənəsi•ZƏFƏRDƏN YENİ STRATEGİK HƏDƏFLƏRƏ: YAP-IN VIII QURULTAYI VƏ AZƏRBAYCANIN GƏLƏCƏK İNKIŞAF VİZYONU•25 oktyabr – Qubadlı şəhəri günü: Zəfərin və Böyük Qayıdışın parlaq səhifəsi•Qubadlının azadlığı və dirçəlişi – Böyük Qayıdışın yeni mərhələsi•25 oktyabr – Qubadlı Şəhəri Günü: milli birlik və dövlətçilik qətiyyətinin təntənəsi•27 ildən sonra zəfərin yaşandığı gün: 25 oktyabr "Qubadlı Şəhəri Günü"dür.•Qubadlı Şəhəri Günü – tarixi Zəfərin və milli qürurun təntənəsi•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Qayıdışın, Dirçəlişin və Ümidin Ünvanı•25 Oktyabr – Qubadlı Şəhəri Günü: Tarixi Zəfərin və Qayıdışın Təntənəsi•Zəngilanın azadlığı tarixi Zəfərimizin, dirçəlişi isə milli birliyimizin təntənəsidir•Bakı Zirvəsi Azərbaycanın beynəlxalq nüfuzunun və sülhə əsaslanan siyasətinin növbəti təzahürüdür•Hər qarış torpağımız Azərbaycanın ayrılmaz parçasıdır!•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Dirçəlişin Təntənəsi•ZƏFƏRDƏN YENİ STRATEGİK HƏDƏFLƏRƏ: YAP-IN VIII QURULTAYI VƏ AZƏRBAYCANIN GƏLƏCƏK İNKIŞAF VİZYONU•25 oktyabr – Qubadlı şəhəri günü: Zəfərin və Böyük Qayıdışın parlaq səhifəsi•Qubadlının azadlığı və dirçəlişi – Böyük Qayıdışın yeni mərhələsi•25 oktyabr – Qubadlı Şəhəri Günü: milli birlik və dövlətçilik qətiyyətinin təntənəsi•27 ildən sonra zəfərin yaşandığı gün: 25 oktyabr "Qubadlı Şəhəri Günü"dür.•Qubadlı Şəhəri Günü – tarixi Zəfərin və milli qürurun təntənəsi•20 Oktyabr – Zəngilan Şəhəri Günü: Qayıdışın, Dirçəlişin və Ümidin Ünvanı•25 Oktyabr – Qubadlı Şəhəri Günü: Tarixi Zəfərin və Qayıdışın Təntənəsi•Zəngilanın azadlığı tarixi Zəfərimizin, dirçəlişi isə milli birliyimizin təntənəsidir•Bakı Zirvəsi Azərbaycanın beynəlxalq nüfuzunun və sülhə əsaslanan siyasətinin növbəti təzahürüdür•
Siyasət

27 Sentyabr – Anım Günü

📅28.09.2026
🕐06:26
👁21 baxış
27 Sentyabr – Anım Günü
Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq –“Öldü var, döndü yoxdur.” Orxan Hüseynzadə YAP Nərimanov rayon təşkilatının Azərbaycan Yerüstü Nəqliyyat Agetliyi üzrə ƏPT sədri 27 Sentyabr – Müasir dövlətçilik tariximizdə qürur, ləyaqət və tarixi zəfərin təməlinin qoyulduğu müqəddəs bir gündür. Bu tarıxdə başlayan mübarizə, tək bir yumruq kimi birləşən xalqımızın gücünü dünyaya sübut etdi. 30 illik həsrətə, torpaq nisgilinə son qoyan bu zəfər, xalqımızın milli iradəsi və ədalətə olan sarsılmaz inamının təcəssümüdür. Millətin taleyini yalnız hərbi güc, strateji üstünlük həll etmir. Müharibənin görünməyən, lakin nəticəni müəyyən edən ən əsas tərəfi insanın mənəvi dözümlülüyü və milli iradəsidir. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi sarsılmaz birlik, mübarizə əzmi və qələbə iradəsi məhz “Öldü var, döndü yoxdur!” şüarında öz ən ali təcəssümünü tapdı. Bu ifadə sadəcə bir döyüş çağırışı deyil, millətin şüuraltında toplanmış 30 illik həsrətin, sınmayan qürurun və tarixi ədaləti bərpa etmək əzminin psixoloji oxudur, Azərbaycanın məğlubedilməzliyinin göstəricisidir. Şəhidlik yalnız bir həyatın sona çatması değil, bir millətin azadlığı, şərəfi və gələcəyi uğrunda vətən oğullarının canını fəda edərək ucaldığı zirvədir. Şəhidlər ölməz, onlar Vətənin daşına, torpağına, bayrağına çevrilərək əbədi yaşayacaqlar. Onların xatirəsi qəlbimizdə, adları tariximizdə müqəddəs bir məşəl kimi həmişə yanacaqdır. Şəhidlərimizin əmanəti olan bu Vətəni göz bəbəyi kimi qorumaq hər birimizin müqəddəs borcudur.
Xəbəri paylaş
Bu xəbəri dostlarınızla paylaşın
✈️

PANORAMA XƏBƏR

Ən son xəbərləri Telegram kanalımızdan izləyin

Telegram-a keç→
👁 21 baxış🕐 06:26
← Ana səhifəyə qayıt